Fransada siyasi sahədə islahatlar aparılsa da, ermənipərəst mövqe dəyişməz qalıb. Belə ki, ötən gün Fransada baş nazir təyin edilib. Ortacins nümayəndəsi olduğu deyilən 35 yaşlı Qabriel Attalın istefasından sonra yerinə Mişel Barniye təyin edilib. Yayda vəziyyəti öz xeyrinə dəyişən Makronun bu təyinatı bir çoxları üçün gözlənilməz olsa da, Mişelin seçilməsinə ən çox sevilən elə ermənilər olub.
Mişel Barniye adı Azərbaycanlılar üçün yad deyil. Çünki, o, 3 il əvvəl, hələ doğma torpaqlarımız erməni separatçılarının tapdağı altındaykən sülhməramlılar və separatçıların nəzarətində olan Xankəndiyə getmişdi. Bu, Azərbaycan hakimiyyətinin icazəsi olmadan baş tutmuşdu. Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni səfər edən Mişel eləcə də, V.Pekresin Azərbaycana qarşı bəyanatlarına şərik olması ilə yadda qalıb. Belə ki, onlar rəsmi Bakıya qarşı sanksiyaların tətbiq edilməsini təklif ediblər.
Bu təyinat daim anti-Azərbaycan mövqeyini aşkar şəkildə ortaya qoyan, diktatorluq edən, özünü Ermənistanın dostu kimi təqdim edən Makronun daha bir impulsiv qərarlarından biridir. O, siyasət aristokratiyasının nümayəndəsi, keçmiş xarici işlər naziri, keçmiş Avropa komissarı və keçmiş Brexit danışıqlar aparıcısı, "Respublikaçılar" partiyasından (əvvəllər qallistlərdən) olan Mişel Barniyeni baş nazir təyin etməklə planının bir hissəsini həyata keçirmiş olub.
Bu günkü gündə xeyli deputat Makrondan narazıdır. Hətta, səksəndən çox deputat Fransa prezidenti Makronun hakimiyyətdən uzaqlaşdırılmasını tələb edən qətnamə imzalayıb. Bunu şərtləndirən amillər isə gözqabağındadır. Makronjn avtoritarlığa meylliyi, özünü diktator kimi aparması, impulsiv qərarlar qəbul etməsi, dövlət idarəçiliyində ciddi problemlər, daxili çətinliklərin, sosial gərginliyin artması və s. kimi səbəblər Makronun siyasi iflasına gətirib çıxarır.
Makron hakimiyyətdə qaldıqca Fransa dünyada nüfuzdan düşməyə davam edir. Bunu Fransa ictimaiyyəti də, nüfuzlu dövlət adamları da başa düşür. Mişel Barniyenin təyinatı da Fransa siyasəti üçün uğurlu addım olmayacaq. Makronun təyin etdiyi Barniye onu və ölkəsini çətin vəziyyətdən çıxara bilməyəcək. Mişel Barniyenin təyinatı Fransanın Azərbaycanla da münasibətinə birbaşa təsir edəcək. Aydın məsələdir ki, bunda Mişel Barniyenin əvvəlki mövqeyi, ölkəmizə qarşı sanksiyaları dəstəkləməsi böyük rol oynayır.
Qeyd edim ki, Barniye, 2004-2005-ci illərdə Fransa xarici işlər naziri vəzifəsində çalışıb, daha sonra bir neçə il Fransa Kənd Təsərrüfatı Nazirliyinə rəhbərlik edib. Daha sonra Avropa Parlamentinə seçilərək 2010-cu ildə Avropa İttifaqının daxili bazarı üzrə komissarı təyin edilib. Qeyd edək ki, Barniye, Fransa keçmiş prezidenti Nikola Sarkozi tərəfindən təsis edilmiş "Respublikaçılar" partiyasının üzvüdür.
İslam
Milli.Az