Gürcüstan Avropa Şurasının (AŞ) Süni İntellekt (AI) üzrə Çərçivə Konvensiyasına qoşulub.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, imzalanma Avropa Şurası ölkələrinin ədliyyə nazirlərinin Vilnüsdə keçirilən konfransında baş tutub.
Konvensiya süni intellektdən istifadəyə dair ilk hüquqi məcburi beynəlxalq sənəd olub.
Çərçivə Konvensiyası Avropa Şurasının 46 üzv ölkəsi və üzv olmayan 11 dövlətin (Argentina, Avstraliya, Vatikan, İsrail, Kanada, Kosta Rika, Meksika, Peru, ABŞ, Uruqvay və Yaponiya) əməkdaşlığı ilə hazırlanıb.