Şəkidə 67 yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Oxud kəndində baş verib.
Mərhumun oğlu Rahim Məcidov bildirib ki, o, axşam tərəfi işdən evə gələrkən atasının tövlənin çardaq tərəfdən hissəsində uzanıqlı vəziyyətdə görüb.
Nə baş verdiyini anlamasa da, tez atasına yaxınlaşıb və onu səsləməyə başlayıb. Lakin atasından bir səs çıxmayınca narahat olub. Daha sonra o, digər ailə üzvlərini səsləyib. Sonradan məlum olub ki, 67 yaşlı Ramiz Məcidov axşam tərəfi tövlənin çardağına mal-qara üçün ot tökmək üçün çıxıb. Bu zaman o ehtiyatsız davranıb və yerə yıxılıb, elə oradaca keçinib.
Mərhumun oğlu onu da əlavə edib ki, onlar yenə Təcili Tibbi Yardım briqadasına zəng edərək kömək istəyiblər. Həkimlər atasına baxış keçirib və onun vəfat etdiyini bildirib. Baş vermis bədbəxt hadisənin təfərrüatları rayon prokurorluğunda araşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- Şəkil
- Hadisə
- Qəza
- Ölüm
- Oğul
- Vəfat
- Şəhid
- Şəki
- Vəziyyət
- Hissə
- Qəzəb
- Dünya
- Kişi
- Axşam
- Traqediya
- Bədbəxt
- Ölmək
- Tövlə
- Dünyasını Dəyişmək
- Mərhum
- Şəkidə
- Bədbəxt Hadisə
- Şəkid
- Çardaq
- 67 Yaş
- Oxud Kənd
- Oxud Kəndi
- Acınacaqlı Vəziyyət
- Dünyasını Dəyişdi
- Əksident
- 67 Yaşlı
- 67 Yaşlı Kişi
- Rahim Məcidov
- Uzanıqlı Vəziyyət
- Ətrafliy
- Dünyasını Dəyişd
- Hesab Edilməmiş