"Atletiko Madrid"in yarımmüdafiəçisi Konor Qallaxer "Çelsi" klubundan ayrılacağı haqda danışıb.
90deqiqe.Az xəbər verir ki, "Daily Mai" 24 yaşlı oyunçunun dediklərini belə çatdırıb:
"Mən Enzo Marescanın sisteminə uyğun olmadığımı düşünmürəm.Hər matçda oynadığım üçün yaxşı mövsüm keçirdim. Poçettino mənə güvənirdi”
Xatırladaq ki, ötən mövsüm başa çatdıqdan sonra "Çelsi"nin baş məşqçiləri Maurisio Poçettinonu baş məşqçi postundan qovmaq qərarına gəlib, yerinə Enzo Mareskanı təyin ediblər. 24 yaşlı futbolçu "Çelsi"nin məzunudur. Keçən yay yarımmüdafiəçi "Atletiko"ya keçdi. İngilis futbolçunun transferi döşəkçilərə 42 milyon avroya başa gəlib.