Qlobal ərzaq qiymətlərində enmə sürəti xeyli zəifləyib.
Sfera.az Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) istinadən xəbər verir ki, avqustda illik qida məhsullarının dəyəri cəmi 1,1 faiz artıb.
FAO bildirir ki, son bir ildə ərzaq mallarının ucuzlaşmasının əsas səbəbi şəkər, ət və taxıl məhsullarının ucuzlaşması ilə bağlıdır. Xüsusən şəkərin qiymətində ciddi azalma var. Şəkər qiymətləri yalnız bir ayda 4,7 faiz düşüb.
Bu qida məhsulunun kəskin ucuzlaşmasına səbəb Hindistan və Taylandda istehsalın artması ilə bağlıdır.
Vasif