“Olimpiakos” futbolçusunu icarəyə göndərib.
İdmanxeber.az-ın məlumatına görə, Ruben Vezo karyerasını Türkiyədə davam etdirəcək.
30 yaşlı müdafiəçi “Eyüpspor”la anlaşıb. O, mövsümün sonuna qədər Super Liqa klubunda çıxış edəcək.
Qeyd edək ki, “Olimpiakos” Avropa Liqası Liqa mərhələsində “Qarabağ”ın rəqibidir.