AZ

Məşhur türk aktrisası Bakıda filmə çəkiləcək

Türkiyəli məşhur aktrisa Özgə Gürəl Bakı Media Mərkəzinin ekranlaşdıracağı "44" filmində baş qəhrəmanı canlandıracaq.

Teleqraf.com xəbər verir ki, aktrisa Azərbaycanın zəfəri ilə yekunlaşan 44 günlük Vətən Müharibəsindən bəhs edən ekran işində "Zeynəb" adlı həkimə həyat verəcək.

O, aktyor İbrahim Çingizin tərəf-müqabili olacaq.

Filmin rejissoru İsmayıl Səfərəlidir. Ekran işinin çəkilişləri yaxın zamanda başlayacaq.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
1
teleqraf.com

1Mənbələr