AZ

İstanbulda keçiriləcək Türk Ticarət Sərgisinin Bakıda təqdimetmə mərasimi baş tutdu

"Türk Ticarət Sərgisi - Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi”nin Bakıda təqdimetmə mərasimi baş tutdu.

Türk Ticarət Sərgisi (TTF) Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası arasında ticarət, sənaye, investisiya, texnologiya və xidmətləri inkişaf etdirmək və bu xidmətlərin dünyanın digər yerlərində marketinqini asanlaşdırmaq məqsədi daşıyan 8 ölkənin dövlət qurumları tərəfindən dəstəklənən, Türk dövlətlərinin iş dünyasının ən böyük görüşü olacaq sərgi və forumdur. 

Bildirildi ki, 178 milyon əhalisi və 1,9 trilyon dollarlıq iqtisadi böyüklüyü olan Türk Dövlətləri zəngin təbii sərvətləri və “orta dəhliz” adlanan strateji ticarət yolu üzərində yerləşdikləri üçün böyük imkanlar təqdim edir. Özəl sektor nümayəndələri də prosesdən kənarda qalmamalı və qarşılıqlı investisiya, layihələr və əməkdaşlıq müxtəlif sahələri əhatə edəcək şəkildə genişləndirilməlidir.

Sərgidə 20-dən çox sahədə məhsul qrupları və yeni texnologiyalar sərgilənəcək, ölkələrin investisiya imkanları, mühüm sektorlar, iş insanlarının problemləri, həlli təklifləri və digər aktual məsələlər ekspert məruzəçilərlə konfranslarda müzakirə olunacaq, ikitərəfli(B2B) və franchise görüşləri ilə şirkətlərin strateji tərəfdaşlıqları inkişaf etdirələcək və türk dövlətlərinin ortaq brendləri yaradılacaqdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
50
valyuta.az

10Mənbələr