Estoniyanın Tallin şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatı keçirilir.

Offsideplus.az xəbər verir ki, Vüsal Qələndərzadə (73 kq) turnirdə qızıl medal qazanıb. O, 1/16 finalda kosovolu Dion Şarapollini, ardından Türkiyəli Emre Karadumanı və Peter Jeanı keçərək yarımfinala yüksəlib.

Finalda bolqarıstanlı Dimitar Qospodinovu məğlub edən Vüsal, fəxri kürsünün zirvəsinə qalxıb.