AZ

Dünyada hər il 57 milyon ton plastik tullantı istehsal olunur – “Nature”


Dünyada hər il 57 milyon ton plastik tullantı istehsal olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Nature” jurnalının dərc etdiyi araşdırmada öz əksini tapıb.
Yeni araşdırmaya görə, bu çirklənmənin üçdə ikisindən çoxu planetin cənubundan gəlir.
Böyük Britaniyanın Lids Universitetinin alimlərinin fikrincə, illik çirklənmə təxminən 52 milyon metrik ton təşkil edir ki, bu da Nyu-Yorkun Mərkəzi Parkını “Empire State Building” göydələni hündürlüyündə plastik tullantılarla doldurmaq üçün kifayətdir.
Alimlər araşdırma üçün dünyanın 50 000-dən çox şəhərində qeydə alınan tullantıları nəzərdən keçiriblər. Araşdırmada əsasən açıq mühitdə düşən plastiklər nəzərə alınıb.
Araşdırma müəlliflərinin fikrincə, dünya əhalisinin 15%-i üçün hökumətlər tullantıları toplayıb utilizasiya edə bilmirlər ki, bu da Cənub-Şərqi Asiya və Sub-Sahara Afrikasının ən çox plastik tullantı istehsal etməsinin əsas səbəbidir.
Araşdırma müəllifi, Lids Universitetinin ətraf mühit mühəndisliyi professoru Kostas Velisin fikrincə, bu baxımdan Nigeriyanın Laqos şəhəri plastikdən ən çox istifadə edilən şəhərdir.
Ətraf mühiti çirkləndirən digər böyük şəhərlər isə Hindistanın paytaxtı Yeni Dehli, Anqolanın paytaxtı Luanda, Misirin paytaxtı Qahirə, həmçinin Pakistanın Karaçi şəhərləridir.
Digər tərəfdən, Hindistan plastik çirklənməyə görə dünyada liderlik edir. Belə ki, Hindistan ildə 10,2 milyon ton (9,3 milyon metrik ton) plastik istehsal edir ki, bu da siyahıda ondan sonra gələn iki ölkənin - Nigeriya və İndoneziyanın istehsal etdiyi plastikdən iki dəfə çoxdur.
Tez-tez ətraf mühiti çirkləndirməkdə günahlandırılan Çin isə siyahıda dördüncü yeri tutur. Plastik çirklənməyə görə, lider olan digər ölkələr Pakistan, Banqladeş, Rusiya və Braziliyadır. Araşdırmaya görə, bu səkkiz ölkənin payına dünyada plastik çirklənmənin yarısından çoxu düşür.
Seçilən
210
4
yeniavaz.com

10Mənbələr