AZ

ABŞ dövlət katibinin müavini Kiyevə səfər edib

ABŞ dövlət katibinin müavini və ABŞ-nin Ukraynanın iqtisadi bərpası üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edən Riçard Verma Kiyevə səfər edib.

Bu barədə ABŞ-nin Ukraynadakı səfiri Bricit Brink “X” sosial şəbəkəsində hesabında paylaşım edib.

“Mən ABŞ dövlət katibinin müavini Riçard Vermanı yenidən Kiyevdə salamlamaqdan məmnunam”, - paylaşımda bidirilib.

Onun sözlərinə görə, dövlət katibinin müavini ABŞ-nin Ukraynanın iqtisadi bərpasına dəstəyini müzakirə etmək üçün gəlib.

"Cebheinfo.az"

Seçilən
97
6
cebheinfo.az

7Mənbələr