"Şəbnəm, Vəfadan min dəfə yaxşı oxuyandır".
Day.Az azxeber.com-a istinadən xəbər verir ki, bu sözləri müğənni Afət Fərmanqızı deyib.
"Nigar xanım" verilişinə qonaq olan sənətçi Vəfa ilə Şəbnəmin mahnı qalmaqalını şərh edib:
"Dünən Şəbnəmin yeni trend mahnısı işıq üzü görüb. Düzdür, mənim başıma gələn, onun da başına gəldi. Bir "mahnı oğrusu" var , əgər mahnı onundursa görək onu "youtub"a qoya biləcəkmi? Qoya bilsə, deməli o düz deyir, bilməsə deməli Şəbnəm haqlıdır. Bunu Vəfa ilə qalmaqalım olub deyə demirəm. Amma həqiqətən də Şəbnəm Vəfadan min dəfə yaxşı oxuyandır. Ümumiyyətlə Şəbnəm yaşıdlarının içərisində müzakirə olunmaz sənətə sahibdir".