AZ

Beyləqanda narkotikin təsiri altında maşın sürən şəxs həbs edildi

Bakı. Trend:

Beyləqanda narkotik vasitə qəbul edib avtomobil idarə edənsürücü həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, BeyləqanRPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayonərazisində "Mercedes" markalı nəqliyyat vasitəsi ilə yol hərəkətiqaydalarını pozduğuna görə sürücü Əli İbadova “saxla” işarəsiverib.

Araşdırmalarla sürücünün narkotiklərin təsiri altında vəsürücülük hüququ olmadan avtomobili idarə etdiyi müəyyənedilib.

Ə.İbadov barəsində inzibati protokol tərtib edilərək məhkəməyəgöndərilib. Məhkəmənin qərarına əsasən o, 15 gün müddətinə inzibatiqaydada həbs edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
21
az.trend.az

10Mənbələr