AZ

Azərbaycan Basketbol Federasiyası 33 nəfəri seçdi

Azərbaycan Basketbol Federasiyasının (ABF) Məşqçilər Şurası tərəfindən milli komandalara namizəd göstərilən yeniyetmə oğlan basketbolçulara baxış prosesi yekunlaşıb.

Prosport.Az xəbər verir ki, U-12, U-14 və U-16 yaş kateqoriyaları üzrə keçirilmiş baxış prosesində 243 basketbolçu iştirak edib.

U-12 yaş kateqoriyasından 59 nəfərdən 29-u, U-14 yaş kateqoriyasından 82 nəfərdən 31-i, U-16 yaş kateqoriyasından isə 102 nəfərdən 33-ü seçilərək milli komandaların düşərgələrinə cəlb olunublar.

Qeyd edək ki, baxış prosesinin əsas məqsədi qarşıdakı illərdə müxtəlif yaş qrupları üzrə milli komandaların heyətində daha istedadlı basketbolçuların yer almasıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
prosport.az

1Mənbələr