AZ

Stoltenberq Çini Rusiyanın Ukraynadakı müharibəsinə dəstəyi dayandırmağa çağırıb

NATO-nun Baş katibi Yens Stoltenberq Çini Rusiyanın Ukraynadakı müharibəsinə dəstəyi dayandırmağa çağırıb və Pekinin yardımının müharibənin davam etməsində mühüm amil olduğun bildirib.

Bu barədə Stoltenberq Osloda jurnalistlərə açıqlamasında deyib.

\"Çin Rusiyanın Ukraynaya qarşı müharibəsinin həlledici tərəfinə çevrilib. O, Rusiyanın istifadə etdiyi bir çox silahların istehsalına imkan verən ölkədir”, - Baş katib əlavə edib.

Stoltenberq xəbərdarlıq edib ki, Pekinin Ukraynada müharibəni davamlı şəkildə alovlandırması onun maraqlarına və etibarına mənfi təsir göstərə bilər.
 
///apa
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
7
azxeber.com

8Mənbələr