AZ

Çoban qızı Monqolustanı dünya gözəllik müsabiqəsində təmsil edəcək-FOTOLAR

Çoban qızı Monqolustanı “Miss Universe 2024” gözəllik müsabiqəsində təmsil edir.

Azpost.info bildirir ki, xəbəri “CentralAsia” nəşri yayıb.

Maldar kəndli ailəsinin övladı Nominzul Zandan bu ilin noyabr ayında Meksikanın paytaxtı olan Mexikoda keçiriləcək “Miss Universe 2024” müsabiqəsinə qatılacaq və ilk dəfə Monqolustanı təmsil edəcək.

Nominzul “Miss Universe Mongolia 2023” müsabiqəsinin qalibi olub. Ancaq bundan əvvəl o “Miss Universe Mongolia 2023” müsabiqəsi başladığına görə və yetkinlik yaşına çatmadığı üçün dünya miqyasında belə bir gözəllik yarışmasında iştirak edə bilməyib.

Lakin bir il sonra Nominzul Zandan “Miss Universe Mongolia” təşkilatının tələbi ilə Monqolustanı 2024-cü il müsabiqəsində təmsil edə biləcək yeganə iştirakçı kimi təsdiqlənib.

“Gözəllər gözəli”, həmçinin “Monqolustan gözəli” adlandırılan, hətta dünya birincisi olmağa iddialı görünən 19 yaşlı Nominzul Zandan Monqolustanda, Bulqan vilayəti ərazisindəki Moqod sumunda yaşayan bir çobanın ailəsində doğulub. Daha sonra o çox böyük həvəslə öz karyerasını qurmaq üçün boya-başa çatdığı ucqar vilayətdən paytaxta gəlib.

Monqolustanın gözəli Nominzul Zandan 18 yaşında ölkənin paytaxt Ulan-Batorda keçirilən gözəllik müsabiqəsində ilk dəfə qalib olub. İlk qatıldığı yarışmanın qalibi kimi çoban qızı “Miss Universe Mongolia 2023” adını alıb.

Oqtay Qorçu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
2
azpost.info

5Mənbələr