AZ

Markos Alonso “Selta”ya keçdi

Bu yay İspaniya nəhəngi “Barselona”dan ayrılan sol cinah müdafiəçisi Markos Alonso bundan sonra “Selta”da çıxış edəcək.

Arena.az bu barədə “Selta”nın mətbuat xidmətinə istinadən xəbər verir.

Azad agent statusuna malik 33 yaşlı futbolçu yeni klubu ilə 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb.

Markos Alonso “Real”ın futbol akademiyasının yetirməsidir. Amma o, əsas komandada cəmi 1 oyun keçirib və elə, İspaniya nəhənginin ehtiyat komandası “Kastilya”dan “Bolton”a transfer edilib. Sonrakı illərdə Alonso “Fiorentina” və “Sanderlend” arasında icarə və satış üzrə var-gəl edib, 2016-cı ilin avqustunda “Çelsi”yə, 2022-ci ilin sentyabrında isə “zadəganlar”ın düşərgəsindən “Barselona”ya keçib.

Geridə qalmış 2023/2024 mövsümündə Alonso kataloniyalıların heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 8 oyuna çıxıb. Alonsonun “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 45 oyun, 3 qol.

Alonoso “Barselona” ilə 2022/2023 mövsümündə İspaniya La Liqasının və İspaniya Super Kubokunun qalibi olub. Həmçinin Alonso “Çelsi” ilə İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, Çempionlar Liqasını, Avropa Liqasını, UEFA Super Kubokunu, FIFA Klub Dünya Kubokunu qazanıb.

Markos Alonso 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 9 oyun keçirib, 2 məhsuldar ötürmə verib.

“Barselona” digər sol cinah müdafiəçisi Aleks Valyeni də “Seltik”ə icarəyə verib. Şotlandiya nəhəngi 20 yaşlı ispan futbolçunu bu mövsümün sonunadək icarəyə götürüb.

“Barselona”nın yetirməsi olan Aleks Valye əsas komandada debüt şansı qazanmayıb. O, “Levante” və “Andorra” klublarında da icarədə olub. Gənc müdafiəçi İspaniyanın U-18 və U-19 yığmalarında da forma geyinib.

Markos Alonsonu heyətində qatmış “Selta”da da iki ayrılıq yaşanıb. 31 yaşlı sağ cinah müdafiəçisi Kevin Vaskes azad agent kimi Xixon “Sportinq”inə keçib. O, yeni klubu ilə 1 illik anlaşıb. 30 yaşlı hücumçu Qonsalo Pasiensiya isə Yaponiyanın “Sanfreççe Hirosima” klubuna üz tutub. Portuqaliyalı forvardın bu klubla müqaviləsinin müddəti və digər detalları açıqlanmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
arena.az

1Mənbələr