Tarixdə ilk dəfə COP bizim regionumuzda keçiriləcək.
Aznews.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı söyləyib.
Prezident vurğulayıb ki, Azərbaycan İki aydan sonra ən böyük iqlim konfransına – COP29-a ev sahibliyi edəcək: "Bununla bağlı qərar ötən ilin dekabrında verildi və bizim hazırlıq üçün bir ildən az vaxtımız var idi. Burada ən vacib məqam ondan ibarətdir ki, bu qərar 200-yə yaxın ölkə arasında konsensusa əsaslanırdı. Biz bunu Azərbaycana olan ehtiramın təzahürü hesab edirik".