Yayımlandı: 6 Sentyabr 2024 18:14 Məhkəmə 4 aydan sonra qərarını elan edib Keçmiş səhiyyə naziri, Haqq Ədalət Partiyasının sədri (HƏP) Əli İnsanovun üzərindəki məhkumluq vaxtından əvvəl götürülüb. Onun bu barədə Binəqədi Rayon Məhkəməsinə müraciətinə müsbət cavab verilib. Sabiq nazirin ərizəsinə 4 ay ərzində baxılıb və sentyabrın 6-da müsbət cavab verilərək, məhkumluğun vaxtından əvvəl götürülməsinə qərar verilib. Əli İnsanov 2005-ci illin oktyabrında həbs olunub. O, 11 il azadlıqdan məhrum edilib. Cəzasının bitməsinə az qalmış – 2016-cı ildə ona qarşı yeni ittihamlar irəli sürülüb və qalan cəzası da nəzərə alınmaqla, yenidən 7 il 5 ay azadlıqdan məhrum edilib. Əli İnsanov 2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. O, həbsdə olduğu dövrdə Azərbaycandakı idarəçiliyi və şəxsən Prezidenti sərt tənqid etsə də, həbsdən buraxılandan bir müddət sonra Əliyevi dəstəklədiyini bəyan edib. Meydan TV
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta