AZ

Elmir Məmmədli: Çox xoşbəxtəm ki, toyum Şuşada keçirilir - FOTO

Şuşalı olaraq çox xoşbəxtəm ki, toyum Şuşada keçirilir.

Aznews.az xəbər verir ki, bunu toy mərasimi keçirilən Elmir Məmmədli jurnalistlərə deyib. O, şəhidlərə rəhmət, qazilərə cansağlığı diləyib:

"Allah Ali Baş Komandanımızı qorusun. Torpaqlarımız işğaldan azad olundu. Bu gün Şuşada öz xeyir işlərimizi keçiririk. 28 yaşım var və özüm də Qarabağ qazisiyəm. Döyüş yolum Füzulidən başlayıb. Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Füzulidə yaralanmışam. Şükür ki, səhhətimdə heç bir problem yoxdur".

Qeyd edək ki, bu gün - 32 ildən sonra Şuşa şəhərində ilk dəfə toy mərasimi keçirilir. 44 günlük Vətən müharibəsi veteranı Elmir Məmmədlinin toy mərasimi İsa bulağında təşkil edilib.

Seçilən
78
5
aznews.az

7Mənbələr