AZ

"İndi bizim tipdə hücumçu tapmaq çətindir" - Levandovski

"Barselona"nın hücumçusu Robert Levandovski müasir futbolda baş verən dəyişiklikləri təhlil edib.

Fanat.Az xəbər verir ki, "Sport.es" polşalı qoleadorun fikirlərini belə təqdim edib:

"Van Persi, Runi, Benzema, Aquero... "Doqquz nömrə"lər dəyişib? Mənim eram Kriştianu Ronaldu ilə Leo Messi dövrü idi. Düzdür, qol sayı baxımından bəlkə də onlardan geridəyəm. Futbol indi zamanla dəyişir. Məncə, indi bizim tipdə hücumçu tapmaq çətindir. Bizim nəsil küçədən gəlib... İndi isə demək olar ki, mümkün deyil. Çünki indi valideynlər övladlarını məşqə gətirir, götürür, sonra evə aparır, sabah da eyni şey. Bilirsiniz, qatar vaqonları kimi, hamısı bir-birinə bənzəyir. Düşünürəm ki, hücumçu mövqe baxımından qapıçıya bir qədər bənzəyir. Komanda ilə oynayırsan, amma sonda bu, daha fərdi mövqedir.

Futbol bəzən dəyişir. Oyunçular da dəyişir, onların keyfiyyəti, oyunu, oyunçuların üslubu - hər şey dəyişir”.

Qeyd edək ki, Levandovski "Barselona"ya 2022-ci ilin iyul ayında, 45 milyon avro qarşılığında "Bayern Münhen"dən transfer olunub. Onun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Ötən mövsüm 49 matça çıxan polşalı forvard 26 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Bu mövsüm isə o, meydanda olduğu 4 oyunda 4 qol vurub, 1 asist edib.

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
38
fanat.az

10Mənbələr