AZ

Plastik əməliyyat etdirənlərin NƏZƏRİNƏ

Son illər dünyada, eləcə də ölkəmizdə plastik cərrahiyə ilə üzdə köklü dəyişiklik etmək dəb halını alıb. Xüsusən də 35 yaşdan sonra xanımlar üzgərmə, qaş qaldırma, dodaq, burun və gözlərdə ciddi estetik əməliyyatlar etdirməklə görünüşlərini tanınmaz dərəcədə yeniləyirlər.
Maraqlıdır ki, belə ciddi vizual dəyişiklikdən sonra şəxsiyyət vəsiqəsinin yenilənməsi zəruridir?
Əməliyyatla simasını dəyişən adamların şəxsiyyət vəsiqələrindəki fotoları ilə real həyatdakı görüntülərinin uyğunsuzluğu rəsmi sənədin tanınmasında problem yaradır?
Onu da nəzərə alaq ki, şəxsiyyət vəsiqələrinin müddəti 10 ildir. Bu vaxt dilimində üzdə çox sayda plastik əməliyyat etdirməklə dəyişiklik yaratmaq realdır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq.
DİN Mətbuat Xidmətinin bölmə rəisi polis kapitanı Nurlan Əliyev məsəlı ilə bağlı bildirib ki, biometrik şəxsiyyət vəsiqəsinin göstəricilərinə əsasən şəxsin üz quruluşunun və yaxud göz rənginin dəyişdirilməsi onun kimliyini müəyyət etməkdə maneə yaratmır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
bolge.tv

2Mənbələr