AZ

GİKM-in Quba-Xaçmaz regional nümayəndəliyi tərəfindən gənclər üçün bir sıra fəaliyyətlər icra olunub

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyi vəbölmələri tərəfindən avqust ayı üzrə bir sıra fəaliyyətlər həyata keçirilib.
Şabran və Siyəzən gəncləri üçün Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ilin”nə həsr olunmuş “Səyyar Gənclər Xidməti” layihəsi keçirilib. “İmkanlar sənə doğru!” devizi ilə kəndlərdə yaşayan gənclər üçün hərbirində4 günolmaqla,ümumilikdə 8 günboyunca“Şəxsi inkişaf”, “Karyera quruculuğu”və “Gənclər siyasəti” mövzularını əhatə edən təlim, görüş, infosessiyalar, müxtəlif mövzularda master-klaslar, bir-birindən maraqlı oyunlar təşkil olunub. Aktivlikləri ilə seçilən gənclərə hədiyyələr, layihə çərçivəsində dəstəyini əsirgəməyən Gənc Könüllülərə isə təşəkkürnamələr təqdim olunub.
Quba və Şabranda “Vətənpərvərlik və dövlətçilik” istiqaməti üzrə “Dahi Azərbaycanlı” layihəsi keçirilib. Gənclər üçün qeyd olunan regionlarda yerləşən Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar təşkil olunub. Ekskursiyalar çərçivəsində bələdçilər gəncləri mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyi, burada sərgilənən eksponatlar, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış edib, onlara dahi şəxsiyyətin həyat və fəaliyyəti, zəngin siyasi irsi, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətlərindən bəhs edib.
Ay ərzində Quba və Xaçmazdaşəxsiinkişafistiqaməti üzrə“Effektiv ünsiyyət bacarıqları”, “Zamanın düzgün idarə olunması”, “Məqsədlərin təyin olunması”, “Komanda quruculuğu”, “Erkən nikahlara yox deyək!”, karyera quruculuğu istiqamətində isə “Karyera planlaması” mövzularında təlim və görüşlərtəşkil olunub. Görüşlər zamanı iştirakçılar“Əməkbazarının xüsusiyyətləri”, “Sosial agahlıq”, “Vacib və təcili anlayışlar”, “Effektiv ünsiyyət modeli”, “Aktiv və empatik dinləmə”, “Komanda işinin prinsipləri və üstünlükləri”,“Məqsədlərə çatma alqoritmi”, “Həyat balansı çarxı” və s. mövzularda biliklərə yiyələnib, fərdi və qrup işlərinə cəlb olunublar.
Şəxsi və karyera inkişafı ilə yanaşı, asudə vaxtın səmərəli təşkili məqsədilə Quba, Xaçmaz və Şabran gəncləri üçün gəzinti, futbol oyunu, film nümayişi, əyləncə proqramları təşkil olunub.
Ümumilikdə Quba, Xaçmaz, Şabran və Siyəzən rayonları üzrə ay ərzində 160fəaliyyət çərçivəsindəminə yaxın(998) gənc əhatə olunub.Short URL: https://www.cumhuriyyet.net/?p=203377

Seçilən
142
1
cumhuriyyet.net

2Mənbələr