AZ

“Meyitlərə makiyaj edirdim” – Məryəm Üzərlinin ŞOK peşəsi

2008-ci ildən aktyorluq karyerasına davam edən 41 yaşlı Məryəm Üzərli sosial medianı silkələyən açıqlaması ilə gündəmə gəlib.

Medianews.az xəbər verir ki, məşhur aktrisa həyatının bir dönəmində xəstəxanada dünyasını dəyişən insanlara makiyaj etdiyini etiraf edib.

Aktrisa bildirib ki, Almaniyada vəfat edən şəxslərin gözəl görünməsi üçün onlara makiyaj edirlər:

“Ən yaxın dostumu yol qəzasında itirmişdim. Həyatı və ölümü sorğuladığım dövr idi. İnsanların həyatına toxunmaq mənim prioritetim olub. Bir il leykozlu uşaqlar üçün xəstəxanada könüllü oldum. Almaniyada dünyasını dəyişən insanların son səfərlərinə ən yaxşı vəziyyətdə getmələrini istəyirlər. Mən xəstəxanada işləyəndə bir komanda onları dəfn prosesinə hazırlayırdı. Mən də mərhumlara makiyaj edirdim”.

Qeyd edək ki, Məryəm Üzərli “Muhteşem yüzyıl” serialında “Hürrem Sultan” rolu ilə tanınır.(Musavat.com)

Seçilən
159
1
medianews.az

10Mənbələr