Hindistandan Almaniyaya uçan sərnişin təyyarəsi Ərzurumda məcburi eniş edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Mumbay şəhərindən Almaniyanın Münhen şəhərinə uçan sərnişin təyyarəsində bomba olduğu barədə xəbər verilib. Bu səbəbdən təyyarə Ərzurum hava limanına məcburi eniş edib.
Hadisə barədə Ərzurum valisi Mustafa Çiftçi deyib ki, dərhal Ərzurum hava sahəsi uçuşlara bağlanılıb. Bomba mütəxəssisləri təyyarəyə daxil olub və təyyarədə axtarış aparıblar.
Mehman Mehdiyev