Azərbaycanın "AzNur" klubu Polşanın paytaxtı Varşavada keçirilən minifutbol üzrə Çempionlar Liqasında üçüncü matçını keçirib.
"Report" xəbər verir ki, Ukraynanın "Andezit" komandası ilə görüş 0:0 hesabı ilə bitib.
Qeyd edək ki, "AzNur" buna qədər Fransanın "Les Piopio" klubuna 2:1 hesabı ilə qalib gəlib. İsveçin "Qalport" komandası ilə görüş isə heç-heçə yeklunlaşıb - 2:2.