AZ

Peter Siyarto: Macarıstan Ukraynaya silah verməyəcək

Macarıstan Ukraynaya silah tədarük etməyib və etməyəcək.

Qaziler.az “NEWS.ru”ya istinadla bildirir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

Macarıstanın baş nazirinin ofisində beynəlxalq kommunikasiyalar və əlaqələr üzrə dövlət katibi Zoltan Kovaç “X” sosial şəbəkəsində verdiyi məlumatda Siyartonun Budapeştin diplomatiyaya sadiqliyini təsdiqləyib.

“O, [Siyarto] Macarıstanın silahdan çox diplomatiyaya sadiqliyini təsdiqləyərək vurğuladı ki, Macarıstan Ukraynaya silah verməyən və verməyəcək yeganə Aİ və NATO üzvü olaraq qalır. Çoxlu silah daha uzun müharibə, daha çox ölüm və daha çox dağıntı deməkdir", - Kovaç yazıb.

Qeyd edilib ki, Siyarto Ukrayna münaqişəsinin döyüş meydanında həllinin mümkün olmadığını bildirib. Ona görə də o, Budapeştin münaqişə tərəflərini danışıqlara cəlb etmək üçün bütün səylərini davam etdirəcəyini deyib.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
qaziler.az

1Mənbələr