AZ

Ölkəsini tərk edən ukraynalıların sayı açıqlanıb

Bu ilin əvvəlindən 400 min vətəndaş Ukraynanı tərk edib.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, məlumat Ukraynanın Milli Bankının saytında dərc edilib.

2022-ci ilin fevralından ölkəni tərk edən ukraynalıların ümumi sayı 6,7 milyon nəfərdir və onların ən böyük hissəsi Almaniya (1,1 milyon), Polşa (976 min) və Çexiyaya (361 min) üz tutub.

Hesabata görə, Ukraynada işəgötürənlərin 60%-i öz müəssisələrində kadr çatışmazlığını qeyd edib. Artıq ölkə əhalisinin sayında nəzərəçarpacaq azalma var. Hazırki hesabata görə, ukraynalıların sayı 36 milyondan 25 milyon nəfərə düşüb. Məsələn, əmək qabiliyyətli əhalinin sayı ötən illə müqayisədə 40% azalaraq 17,4 milyon nəfər təşkil edib.

QAZİLER.AZ

Seçilən
67
qaziler.az

1Mənbələr