Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Rusiyanın Amerika seçkilərinə müdaxiləsi ilə bağlı ittihamlarını “absurd” adlandırıb.
Editor.az bu barədə rus mətbuatına istinadla xəbər verir. Peskovun sözlərinə görə, oxşar ittihamlar əvvəllər də dəfələrlə səslənib.
Sentyabrın 4-də ABŞ Maliyyə Nazirliyi RT və kanalın baş redaktoru Marqarita Simonyana qarşı sanksiyalar tətbiq edib. Departament Amerika rəsmilərinin onları Xarici Agentlər Qanununu pozmaqda ittiham etdiyini bildirib.
//Gülnarə Abasova, Editor.az