AZ

Azərbaycanda “Yaşıllıqların götürülməsi Qaydası” DƏYİŞDİ » AzadMedia.az


Nazirlər Kabineti “Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 30 avqust 2016-cı il tarixli qərarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Azərbaycanda suvarma və kollektor-drenaj şəbəkələrinin təmizlənməsi, təmiri, bərpası və yenidən qurulması zamanı onların məcrasında, berma və dambasında bitmiş, habelə dövlət ehtiyacı üçün ayrılmış torpaqlarda aparılan meliorasiya və irriqasiya tədbirləri zamanı həmin obyektlərin altına düşən yaşıllığın götürülməsi üçün yaşıllığın götürülməsi vərəqi tələb olunmayacaq.
phrase_var_article.chosen
140
28
azadmedia.az

10phrase_var_article.sources