AZ

Milli Kitabxanada "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının İspan dilində nəşrinin elmi müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib - FOTOLAR

Sentyabrın 6-da Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Milli Kitabxananın birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizə həsr olunmuş “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ispan dilində nəşrinin elmi müzakirəsinə həsr edilmiş dəyirmi masa keçirilib.Kitabxanadan Faktinfo.az-a verilən məlumatda bildirilir ki,ilk olaraq Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra isə Tarixi qələbəmizə və onun qazanılmasında şəxsiyyət faktorunun roluna həsr olunmuş qısa videoçarx izlənilib.Tədbiri açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqları salamlayaraq, 44 günlük Vətən müharibəsinin tarixinə həsr olunmuş kitabda hadisələrin elə hadisə iştirakçılarının dilindən nəql olunduğunu, kitabın dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə Azərbaycan dili ilə yanaşı, 8 xarici dildə nəşr edildiyini, həmçinin digər xarici dillərdə də çap edilməsinin qərara alındığını söyləyib. Kitabda Vətən müharibəsində qazanılan şanlı Qələbənin memarı kimi cənab Prezident İlham Əliyevin müdrik siyasəti, qətiyyəti, yüksək intellekti, dahi sərkərdəlik qabiliyyəti əks  olunduğunu bildirib. Milli Kitabxananın bu gün Azərbaycan reallıqlarını, həqiqətlərinin bu günkü Azərbaycanda həyata keçirilən uğurlu işləri dünyaya çatdırılmasında  mühüm rol oynadığını, kitabxananın dünyanın 100 qədər kitabxanası ilə  beynəlxaq kitab mübadiləsi  etdiyini, əsas vəzifəsinin nəşr olunan bu kitabların dünya  kitabxanalarına çatdırmaqdan ibarət olduğunu vurğunayan professor Kərim Tahirov  bu kitabın da ispan dilli ölkələr çatdırılacağını bildirib. Tarixi qələbənin tam qiymətini verən bu kitabın ərsəyə gəlməsində Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə, eləcədə əməyi keçən hər kəsə təşəkkür edib.Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov kitabın Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitutunun birgə layihəsi olduğunu deyib. Tarixi günlərin yaşandığını və bu tarixi hadisələrin Azərbaycan tarixinin müasir dövlətçilik səhifəsinə qızıl hərflərlə yazıldığını qeyd edib. Natiq Birinci Qarabağ müharibəsi və ondan sonrakı dövr, Vətən müharibəsinə qədərki proseslərə və hadisələrin xronologiyasına nəzər yetirəndə kitabın nə dərəcə əhəmiyyətli və faydalı olduğunun nəzərə çatdırıb. Kitabın müəlliflər heyətinə diqqət yetirdikdə bilavasitə müharibə dövründə ayrı-ayrı sahələrə birbaşa rəhbərlik etmiş  şəxslər tərəfindən qələmə alındığını deyib. Kitabın qısa müddət ərzində 4 ildə  8 dildə nəşr olunması və nəşr olunan illərin coğrafiyasına diqqət yetirdikdə onun əhəmiyyəti bir daha ortaya çıxdığını vurğulayıb. Kitabın ən önəmli məqamlarından biri də onun Azərbaycan hüdudlarından kənara çıxması olduğu, bu böyük tarixi hadisənin  artıq Azərbaycan reallıqlarının xarici ölkəklərdə  təbliği, yayımlanması  baxımından mühüm rol oynadığını qeyd edib.  İlham Əliyev fenomenin ən böyük özəlliyinin sərkərdə olaraq cəbhədə orduya komandanlıq etməklə yanaşı, diplomatiya sahəsi və xalqda milli vətənpər ruhu birləşdirərək öz arxasınca apara biləcək binanı yarada bildiyini vurğulayıb. Böyük zəfərin qazanılmasında Şəxsiyyət faktoru, vətənpərvər xalq və qəhrəman mübariz ordu bu üç əsas elemet əsas rol oynadığını vurğulayıb.   Azərbaycanın uğurlu gələcək inkişafı bu yolla daha da irəliyə doğru gedəcəyini qeyd edib.Milli Məclisin üzvü, fil.üzrə fəl.doktoru Tahir Rzayev kitabın ərsəyə gəlməsində xidmətləri olan hər kəsə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, tarixçi alim, professor Kərim Şükürova və bugünkü təqdimatına görə Milli Kitabxananın direktoru, professor Kərim Tahirova təşəkkürünü bildirib.  Hörmətli prezidentimiz ali baş komandan cənab İlham Əliyev haqqında, ordumuzun qüdrəti, şücaəti, igid oğlanlarımızın qəhrəmanlığı, xalqımızın birliyi haqqında  çox yazıldığını deyib. Analoqu olmayan tarixi qələbənin dünyaya xalqın qəhrəmanlıq səlnaməsini göstərdiyini vurğulayıb. Bu qələbəni təsvir eləmək, ölkə rəhbərliyinin siyasətini dünyaya çatdırmaq, belə kitabları təbliğ etmək bizin ən böyük vəzifəmiz, borcumuz olduğunu söyləyib. Ölkə rəhbərliyinin bəşəri ideyalara sahib olduğunu, sülh, demokratiya, insan azadlığı, ölkə vətəndaşlarının hüquqlarının qorunması, müstəqilliyin qorunmasının ən böyük amalı olduğunu qeyd edib.Milli Məclisin üzvü, BDU Tarix fakultəsinin kafedra müdiri, professor Anar İsgəndərov kitabın ərsəyə gəlməsi, plan-prospektin hazırlanması zamanı bitkin bir konseptual yanaşmanın ortaya qoyulduğunu, kitabın geniş oxucu kütləsinə və gənclərə ünvanlanmasının nəzərə alındığını, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında kitabın vacibliyini vurğulayıb. AMEA-nın Qafqazşünaslıq İnstitutunun baş direktoru, Milli Məclisin üzvü, AMEA-nın müxbir üzvü Musa Qasımlı güclü dövlətimizin rəhbərinin uzaqgörənliyi sayəsində qazanılan qələbəni əks etdirən kitabı təkcə bu günün deyil, gələcəyin kitabı adlandırıb, layihənin təşəbbüskarlarına və müəlliflərinə minnətdarlığını bildirib.Tədbirin davamında Milli Məclisin üzvü Aydın Mirzəzadə, Azərbaycan Texniki Universitetinin tarix kafedrasının müdiri, tarix elmləri doktoru Şikar Qasımov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, AMEA Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı çıxış ediblər. Onlar öz çıxışçılarında Vətən müharibəsində Zəfər dövlətimizin başçısının intellekti, müdrik siyasəti və dahi sərkərdəlik məharəti sayəsində qazanıldığını, Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi sayəsində ölkədə güclü iqtisadiyyat və bu iqtisadiyyat əsasında qüdrətli ordunun yaradıldığını, kitabın Vətən savaşında qazanılan şanlı Qələbənin geniş təbliğində mühüm rol oynayacağını vurğulayıblar.Faktinfo.azBirinci məlumatlanmaq üçün facebook səhifəmizi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
2
faktinfo.az

3Mənbələr