AZ

Putin ABŞ prezidentliyinə Harrisin namizədliyini niyə müdafiə etdi...

Image

Abutalıb Səmədov: "Bütün hallarda Rusiyanı qane edəcək namizəd Trampdır"

"Bayden favoritimiz idi, onu seçki yarışından kənarlaşdırdılar, lakin o, bütün tərəfdarlarına Harrisi dəstəkləməyi məsləhət gördü, biz də belə edəcəyik və onu dəstəkləyəcəyik", - Putin ABŞ seçkilərində favorit namizədinin kim olacağı barədə verilən suala cavabında belə deyib.

Prezident əlavə edib ki, Tramp Rusiyaya qarşı ona qədər olan prezidentlərin heç birinin tətbiq etmədiyi qədər məhdudiyyət və sanksiya tətbiq etdi: "Əgər xanım Harrisdə hər şey qaydasındadırsa, bəlkə o, belə hərəkətlərdən çəkinər. Sonda Amerika xalqı seçim etməlidir və biz bu seçimə hörmətlə yanaşacağıq”.

Lakin bütün dünya bunun əksini düşünür - son iki prezident seçkilərində Kreml Donald Trampı dəstəkləməsi ilə seçilib. Hətta prezident seçkilərində Rusiya casuslarının seçkiləri Trampın xeyrinə saxtalaşdırmağa cəhd göstərmələri barədə məlumatlar ABŞ mediasına sızdı. Ona görə də Putinin bu mövqeyi birmənalı qarşılana bilməz. Ola bilsin ki, bu, Moskvanın aldadıci manevridir. Amma fikirlər sözün birbaşa mənasında da deyilmiş ola bilər.

Məsələyə aydınlıq gətirmək üçün politoloq Abutalıb Səmədova müraciət etdik.

Politoloq bildirdi ki, Rusiya prezidenti Amerikadakı prezident seçkilərində növbəti dəfə Demokratlar partiyasının təmsilçisini dəstəklədiyini bəyan edib: "Əvvəlki namizədləri Bayden idi, indi də guya Harrisi dəstəkləyirlər. Bu bəyanata təəccüblənənlərdən biri də digər namizəd Tramp olub. Əslinə qalsa, hamıya aydındır ki, Rusiya nə Baydeni, nə də Harrisi dəstəkləyə bilməz. Sadəcə olaraq, bundan əvvəlki dövrlərdə - Tramp ilk dəfə namizədliyini irəli sürəndə Rusiya açıq şəkildə onu dəstəklədiyini bildirmişdi, hətta Tramp seçiləndə bəzi siyasətçilər onu xüsusi sevinclə qeyd eləmişdilər. Yəqin ki, bu münasibətlə Jirinovskinin "Şampanski" içdiyi də hamının yadındadir.

Rusiya Trampdan istədiyini ala bildim? Təbiidir ki, ala bilmədi. Tramp özünəməxsus siyasətçidir və siyasi dairələrdə qəbul edilməyən davranıslar sərgiliyən, bəyanatlar verən "siyasətçi"lərdəndir. Təbii ki, Trampın fəaliyyəti o dövrdə Rusiyanı qane edə bilməzdi. Amma bütün hallarda Rusiyanı qane edəcək namizəd Trampdır. Putinin açiq şəkildə "əvvəl biz Baydeni dəstəkləyirdik, indi Harrisi dəstəkləyirik" deməsi Amerika seçicilərinin Rusiyaya olan mənfi münasibəti ilə bağlıdır. Yəni Putin güman edir ki, amerikalı seçicilər Rusiya prezidentinin Harrisi dəstəklədiyini bilsə, bu ona verilən səsləri azalda bilər və bu məsələdə Putin düzgün düşünür. Putinin Harrisi dəstəkləməsini onun gülüşu ilə əlaqələndirməsi də qeyri-ciddi arqumentdir. Həqiqətən də, Harris çox eybəcər gülür. Bəlkə də kimlərsə ona gülüşunun gözəl.olduğunu deyib, o da fasiləsiz olaraq gülməyə çalışır. Hər halda, Putin Trampın seçilməsində çox maraqlıdır. Harrisə nisbətən Tramp onu daha çox qane edir. Ona görə də Putin Trampın tərəfdarlarının sayının azalacağından ehtiyat edərək belə bir bəyanat verib - Harrisə "ayı xidməti" göstərmək istəyib. Bu, seçki kampaniyasına nə qədər təsir edəcək, Trampın şansıni nə qədər artıracaq, onu seçkilər göstərəcək. Ancaq hər halda, ABŞ-da seçkilərin taleyini Putinin bəyanatlarından daha cox debatlar müəyyən edəcək. İlk debat bu günlərdə keçrilməlidir. Kim seçiciləri bəyanatları ilə inandıra bilsə, o da qalib gələcək. Namizədlərin davranısları və verdikləri bəyanatlar həlledici amildir, nəinki Putinin və başqa dövlət başçisınin öz favoritlərini elan etməsi".

Sonda qeyd edək ki ABŞ prezident seçkilərinin xüsusi ənənələri də var. Məsələn, amerikalılar indiyə qədər qadın namizədi qalıb edə bilməyib. Çünki Amerika cəmiyyətində demokratiya nə qədər inkişaf etsə də, bu cəmiyyətdə hələ gender bərabərliyi təmin edilməyib. Cəmiyyətdə konkret olaraq qadına prezident kimi etibar və etimad yoxdur. Digər ənənə ondan ibarətdir ki, nədənsə amerikalı seçicilər indiyə qədər bütün seçkilərdə boyca hündur namizədlərə səs verib. Amerika seçki tarixində boyu rəqibindən qısa olan namizədə hələ etimad göstərilməyib. Odur ki, bu seçkilərdə Kamala Harris prezident seçilsə Amerika seçki tarixində ilkə imza atmış olacaq.

Akif NƏSİRLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
50
baki-xeber.com

10Mənbələr