AZ

Rusiya XİN rəhbərinin müavini İsrailli səfirlə Qəzzadakı girovları müzakirə edib

Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov İsrailin Moskvadakı səfiri Simone Halperinə Rusiya diplomatiyasının Qəzzada girovların tezliklə azad edilməsinə yardım etmək səyləri barədə məlumat verib.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya XİN bəyanat yayıb.

“Söhbət zamanı əsas diqqət Fələstin-İsrail münaqişəsi zonasında davam edən silahlı qarşıdurmaya, Rusiya tərəfdən Moskvanın Yaxın Şərqin hərtərəfli nizamlanmasına dəstək verən ardıcıl, prinsipial mövqeyinə yönəldilib. BMT və onun Təhlükəsizlik Şurasına İsrail səfiri Rusiya diplomatiyasının Qəzza zolağında saxlanılan girovların tezliklə azad edilməsi üçün göstərdiyi məqsədyönlü səylər barədə məlumatlandırılıb”, - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Tərəflər ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini də əsaslı şəkildə müzakirə ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
operativmedia.az

1Mənbələr