AZ

Süni intellekt sahəsində 100 ən nüfuzlu şəxsin adı AÇIQLANIB - İlon Mask siyahıda yer almayıb - FOTO

Ötən gün “TIME” jurnalı süni intellekt sahəsində 100 ən nüfuzlu adamın siyahısını dərc edib və bu, cəmiyyətdə və ekspertlər arasında qızğın müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki,  İlon Mask texnologiya və süni intellekt sahəsindəki mühüm nailiyyətlərinə baxmayaraq, bu nüfuzlu reytinqə daxil edilməyib.

Lakin onun əvəzinə siyahıya aktrisa Scarlett Johansson daxil edilib və bu, böyük müzakirələrə səbəb olub.

Daha sonra siyahıda NVIDIA-nın sahibi Jensen Huang və AMD rəhbəri Lisa Sunun da adları yer alıb.

Bu şəxslər texnologiya və süni intellekt sənayesində əlbəttə ki, böyük çəki daşıyırlar. Lakin dünyanın ən məşhur və nüfuzlu sahibkarlarından biri olan İlon Maskın yoxluğu çoxları üçün sürpriz olub. 

Qeyd edək ki, Mask “Tesla” və “SpaceX” kimi şirkətlərə rəhbərlik edir və süni intellektlə əlaqəli texnologiyaların, o cümlədən avtomobilləri üçün özünü idarə edən sistemlərin inkişafında fəal iştirak edir.


Bizim.Media

Seçilən
66
4
bizim.media

10Mənbələr