AZ

“Təəssüf ki, biz bunu edə bilmirik…”

...Ukrayna prezidenti Vladimir Zelenski Kremli vurmağın mümkünsüzlüyündən təəssüfləndiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu dövlət başçısı 50-ci Ambrosetti Beynəlxalq Forumunun sessiyasında iştirak edərkən deyib.

O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin “ukraynalı uşaqları öldürməyə davam etmək” üçün dünyada daha çox raket axtarır, Ukrayna isə özünü qorumaq üçün hava hücumundan müdafiə sistemləri tapmağa çalışır.

…Zelenski xüsusilə qeyd edib ki, Ukrayna özünün pilotsuz təyyarələrini və raketlərini inkişaf etdirib vəbiz bu müharibəni tədricən Rusiyaya qaytarırıq ki, Putin nəhayət təzyiqi hiss etsin.

Uzaqmənzilli silahlardan danışan Zelenski qeyd edib ki, yardımlarına görə tərəfdaşlarına minnətdardır.

…Ancaq müəyyən səhvlər var ki, məsələn, İtaliya və ya başqası Kremli vuracağımızdan qorxur, təəssüf edirəm ki, biz bunu edə bilmərik.

Qeyd edək ki, Ukrayna prezidenti məsələnin ciddiliyini də diqqətə çatdırıb, çünki Rusiya Ukrayna ərazisində hər ay 4 mindən çox aviabombadan istifadə edir.

Təbii ki, ZelenskiKiyevin də buna imkanı olduğunu gizlətməyib, amma o, sadəcə olaraq, Ukraynanın mülki hədəfləri hədəfə almadığını bildrib.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
sia.az

1Mənbələr