AZ

“AzNur” və “Birbaşa Bakı” ÇL-də pley-offa vəsiqə qazandılar

Azərbaycanın minifutbol üzrə “AzNur” və “Birbaşa Bakı” komandaları Çempionlar Liqasında növbəti oyunlarını keçiriblər.

Arena.az xəbər verir ki, bu gün minifutbol üzrə Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

İkinci oyun günündə meydana əvvəlcə “AzNur” çıxıb. Polşanın Varşava şəhərində keçirilən yarışda C qrupunda qərarlaşan və ilk matçda Fransanin “Piopio” klubunu 2:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi bu dəfə meydan sahibləri “Qalport”la (Polşa) qarşılaşıb. Hesabda 0:2 geridə olan Rəcəb Fərəczadənin komandası əzmkar heç-heçə edib. Təmsilçimiz bu gün qrupdakı son oyununu “Andezit”ə qarşı keçirib. Fərəczadənin kollektivi Ukrayna komandası ilə heç-heçəyə razılaşıb – 0:0. Bu nəticədən sonra təmsilçimiz qrup mərhələsini 3-cü pillədə başa vurub.

E qrupunda qərarlaşan Azərbaycan çempionu “Birbaşa Bakı” isə ilk oyununda İspaniyanın “Malaqa” klubu ilə 2:2 hesablı heç-heçə etmişdi. Onlar ikinci oyunda “Livorno”ya (İtaliya) 3:1 hesabı ilə qalib gəliblər. Bakılılar son görüşü “BKMK Brno”ya (Çexiya) qarşı keçiriblər. Qarşılaşma 1:1 hesabı yekunlaşıb. Çempionumuz qrup ikincisi kimi pley-offa yüksəlib.

Reqlamentə görə, qruplarda ilk 2 yeri tutan komandalar və 3-cü yerdə qərarlaşan ən yaxşı göstəriciyi malik 4 klub 1/8 finala vəsiqə qazanıb. Beləcə, qrup üçüncü olan “AzNur” da növbəti mərhələyə vəsiqə əldə edib.

Çempionlar Liqası
Qrup mərhələsi
6 sentyabr

C qrupu

“Qalport” (Polşa) – “AzNur” 2:2
Qollar: Vüqar Rəhimov, 37. Rafiq Eyvazov, 40. – Brayan Olkiyeviç, 1. Makiyej Şlivenski, 17.

“AzNur” – “Andezit” (Ukrayna) 0:0

Xallar: Qalport – 5. Andezit – 5. AzNur – 5. Les Piopio – 0.

E qrupu

“Livorno” (İtaliya) – “Birbaşa Bakı” 1:3
Qollar: Müseyib Vəliyev, 13. Təmkin Xəlilzadə, 20. Eyyub Əfəndiyev, 27. – Alessandro Gianfrançi, 16.

“Birbaşa Bakı” – “BKMK Brno” (Çexiya) 1:1

Xallar: Malaqa – 5. Birbaşa Baku – 5. BKMK Brno – 5. Nottingem Livorno – 0.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
7
arena.az

10Mənbələr