Nyu-York məhkəməsi ABŞ prezidentliyinə namizəd Donald Trampın biznes hesabatlarını saxtalaşdırmaq ittihamı ilə çıxarılan hökmünü sentyabrın 18-dən noyabrın 26-na təxirə salıb.Bu barədə "BBC News” məlumat yayıb.
Hökmün elanı noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərindən sonra baş tutacaq.
Nyu-York Ali Məhkəməsinin hakimi Huan Merçan təxirə salınmanın səbəblərindən biri kimi "işin yerləşdiyi unikal vaxt çərçivəsini” göstərib. Onun sözlərinə görə, münsiflər heyətinin Trampı mühakimə etməsinə dair hökmü qarşıdan gələn prezident seçkilərinin miqyası ilə qarışmayan şəkildə nəzərə alınmalıdır.
Trampın bu iş üzrə hökmü ikinci dəfədir ki, təxirə salınır. İyulun əvvəlində hakim hökmü iki ay, sentyabrın 18-nə təxirə salıb. Gecikməni münsiflər heyətinin qərarını ləğv etməyə çalışan keçmiş ABŞ prezidentinin vəkilləri tələb ediblər.
www.anews.az