Bakı, TurkicWorld
Vətəndaşlarımızın İsrail qüvvələri tərəfindən öldürülməsini qınayırıq.
TurkicWorld xəbər verir ki, bu barədə Ak Partiya sədr müavini və sözçüsü Ömer Çelik deyib.
" Vətəndaşımız Ayşenur Ezgi Eyginin İordan çayının qərb sahilinin Nablus şəhərində İsrail qüvvələri tərəfindən öldürülməsini qınayırıq.” – deyə o qeyd edib.
Çelik bildirib ki, Fələstin xalqının haqq davasına dəstək verərkən həyatını itirən Ayşegül Ezginin yaxınlarına başsağlığı veririk.
“Gec-tez soyqırımçı Netanyahu Hökuməti bəşəriyyətə qarşı törətdiyi bütün cinayətlərin əvəzini ödəyəcək.” – deyə o qeyd edib.
Məlumat üçün qeyd edək ki, İsrail ordusu İordan çayının qərb sahilinin Nablus şəhərində Türkiyə vətəndaşı Ayşenur Ezgi Eygini qətlə yetirib.
Hafiz Rufizoğlu