AZ

Ermənistan Putinin həbsini tələb edən bəyannamədən imzasını geri götürdü - SON DƏQİQƏ

Ermənistan Avropa Şurasının (AŞ) Rusiya prezidenti Vladimir Putinin həbsinə dair Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderini dəstəkləyən bəyannamədəki imzasını geri götürüb.

AzNews.az "armenianreport"a istinadən xəbər verir ki, bunu AŞ-nin saytında dərc edilmiş sənədin yekun variantının məlumatları sübut edir.

Bəyannamənin dərc olunmuş mətnindən məlum olduğu kimi, onu Litva, Latviya, Estoniya, Ukrayna və Moldova, həmçinin ABŞ, Kanada, Almaniya, Fransa, Böyük Britaniya, Gürcüstan və bir sıra digər ölkələr dəstəkləyib. Eyni zamanda, sənəd layihəsində olan İrəvanın imzası da yoxdur.

Rəsmi olaraq respublika hakimiyyəti bəyannamənin imzalanmasına münasibət bildirməyib.

Avropa Şurasının üzvləri sənədi sentyabrın 6-da qəbul ediblər. O, “Ukraynaya qarşı təcavüz cinayətlərinə görə” xüsusi tribunalın yaradılmasını tələb edir, həmçinin Putinin, uşaq ombudsmanı Mariya Lvova-Belovanın, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun və Rusiyanın digər siyasi xadimlərinin “həbs edilməsi” üçün BCM-nin orderlərini sadalayır.

Seçilən
142
50
aznews.az

10Mənbələr