AZ

20 hədəfə endirilən aviazərbələr: 35 terrorçu öldü

Türkiyə ordusu sentyabrın 2-dən 5-dək İraqın şimalında və Suriyada ümumilikdə 35 terrorçunu məhv edib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, İraqın Metina, Zap, Qara, Qəndil və Asos bölgələrində terrorçuların 20 hədəfinə endirilən aviazərbələr nəticəsində azı 27 silahlı öldürülüb. Suriyanın şimalında daha 8 terrorçu zərərsizləşdirilib.

Müdafiə Nazirliyi Suriyada terrorçuların nəzarətində olan zonanın yaradılmasının qarşısını almaqda qərarlı olduğunu vurğulayıb.

Seçilən
88
11
publika.az

2Mənbələr