AZ

İngiltərə yığmasında ciddi itkilər

İngiltərə yığması Millətlər Liqasının ilk matçlarına ciddi itkilərlə çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Koul Palmer (Çelsi), Fil Foden (Mançester Siti) və Olli Uotkins (Aston Villa) komandanın sentyabrdakı təlim-məşq toplanışında iştirak etməyəcəklər. Futbolçular zədə səbəbindən bərpa prosesini davam etdirmək üçün klublarına qayıdıblar.

Xatırladaq ki, İngiltərə Millətlər Liqasının ilk iki turunda İrlandiya (7 sentyabr) və Finlandiya (10 sentyabr) ilə qarşılaşacaq.

Seçilən
43
football-plus.az

1Mənbələr