AZ

ABŞ, Böyük Britaniya və Aİ süni intellekt standartlarına dair saziş imzalayacaq

ABŞ, Böyük Britaniya və Avropa İttifaqının süni intellektdən istifadəyə dair ilk hüquqi qüvvəyə malik beynəlxalq sazişi imzalayacağı gözlənilir.

APA xəbər verir ki, bu haqda “Financial Times” məlumat yayıb.

Sazişin Kanada, Yaponiya və Avstraliya da daxil olmaqla 50-dən çox ölkə tərəfindən hazırlandığı və bu müqavilənin dünyanın ilk beynəlxalq süni intellekt müqaviləsi olaraq yaxın zamanlarda imzalanacağı bildirilir.

Məlumatda ABŞ-ın, süni intellekt texnologiyalarının insan hüquqlarına və demokratik dəyərlərə hörmətini dəstəklədiyi bildirilir.

Avropa Şurasının insan haqları, demokratiya və qanunun aliliyinə toxunan süni intellekt çərçivə sazişi Süni İntellekt Komitəsi (CAI) tərəfindən hazırlanıb.

Avropa Birliyini təmsil edən Aİ Komissiyası, sentyabrın 5-də Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa Şurası ədliyyə nazirlərinin qeyri-rəsmi konfransında Avropa Şurasının Süni intellekt üzrə Çərçivə Konvensiyasının imzalandığını açıqlayıb.

Qeyd edək ki, Avropa Şurası bu ilin mayında süni intellektlə bağlı ilk beynəlxalq konvensiyanı qəbul edib.

Seçilən
171
1
apa.az

2Mənbələr