AZ

Türkiyə Millətlər Liqasına heç-heçə ilə başladı

UEFA Millətlər Liqasında növbəti oyunlar baş tutub.

Sportnet.az xəbər verir ki, A Divizionunda iki matç keçirilib. Belçika İsrailə, İtaliya isə Fransa seçməsinə 3:1 hesabı ilə qalib gəlib.

B Liqasında Türkiyə Uelslə (0:0), Norveç Qazaxıstanla (1:1), Avstriya Sloveniya (1:1) ilə səfərdə heç-heçə edib. İslandiya isə Monteneqrodan üstün olub - 2:0.

C Divizionunda isə Kipr Litvanı 1:0, Rumıniya Kosovonu 3:1 hesabı ilə məğlub yola salıb.

Qeyd edək ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin digər oyunları sentyabrın 8-dən 10-dək, oktyabrın 10-dan 15-dək, həmçinin noyabrın 14-dən 19-dək keçiriləcək.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
7
sportnet.az

8Mənbələr