AZ

Ender Saraç azyaşlı oğluna əxlaqsızlıq edib?

"Nə hiss etdin?" proqramın bu həftəki qonağı oğluna əxlaqsızlıq etməsi iddiası ilə gündəmə gələn dietoloq doktor Ender Saraç olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bir müddət öncə öz azyaşlı oğluna əxlaqsızlıq etməsi ittihamı ilə qarşılaşan tanınmış dietoloq bunu arvadının təşkil etdiyi iddia adlandırıb.

"Belə bir ittiham mənə ən yaxın adamdan gəldi. Bu iddialar ortaya çıxdıqdan sonra ilk 24 saat ərzində sadəcə qusmaq istədim. Özümə deyil, uşağıma yazığım gəldi.

Bir qadının ərini və ya sevgilisini zorlama və ya şiddətdə ittiham etməsi indi çox asandır. Əslində kişinin sözünün əhəmiyyəti yoxdur, qadın 'uşağa sataşırdı' dedikdən sonra kişi dərhal həbs olunur. O adamı həbsxanaday zorlayırlar, ya da öldürürlər", - o bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
77
1
milli.az

2Mənbələr