Şəki şəhərinin Zərifə Əliyeva küçəsində fəaliyyət göstərən ümumi sahəsi 600 kv/m olan və 10-a yaxın avtomobil təmiri sexindən yanğın baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə şahidlərinin sözlərinə və yanğın yerinin ilkin təhqiqatından sonra bəlli olub ki, rayon sakini Rafiq Həsənov özünə məxsus avtomobili təmir üçün sexdəki ustalardan birinə təhvil verib.
Usta təmir işləri apararkən köməkçisinə avtomobilin yanacaq çənindən benzin çıxarmasını tapşırıb. Hadisə də elə bu anlarda baş verib. Alovlanma baş verən andan yaxınlıqdakı digər sexin işçiləri tədbir görməyə başlayıb. Həmçinin hadisə yerinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti cəlb olunub. Yanğın söndürənlərin səyi nəticəsində yanğının genişlənərək bitişik sexlərə keçməsinin qarşısı alınıb. Lakin təmir edilən avtomobilin konstruksiyaları yanıb. Hadisə zamanı tüstüdən boğulma və xəsarət alan olmayıb. Yanğının daha dəqiq baş vermə səbəbləri araşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta