AZ

Gürcüstan "LGBT-çi ailə" normalarından yaxasını qurtarır- bəs biz?

Image

Fatimə Hacıbəyli: “Cinsi azlıqların sosial mediada təbliği qadağan olunmalıdır”

Gürcüstanda LGBT təbliğatını qadağan edən qanun layihələri paketi hazırlanıb və ikinci oxunuşda qəbul edilib. Layihələrdə eynicinslilərin nikahı, cinsiyyətin dəyişdirilməsi üçün tibbi prosedurlar, uşaqların homoseksual şəxslər tərəfindən övladlığa götürülməsi, LGBT-nin təhsil müəssisələrində və mediada təbliğinin qadağan olunması nəzərdə tutulub.

Məlumdur ki, Azərbaycanda da sosial media hesablarında LGBT nümayəndələri açıq şəkildə öz təbliğatlarını aparırlar. Cinsi azlıqların sayı isə durmadan artır. Məlum problemlə bağlı ölkəmizdə hansı işlər görülməlidir? 

“Ölkədə cinsi azlıq nümayəndələrinin sayı kəskin artıb, üstəlik, insanlar bu halı normal qəbul etməyə başlayıb” 

Sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə şərhində  bildirdi ki, qeyri-ənənəvi cinsi münasibət, pedofiliya dünyanın bəzi ölkələrində qadağan olunub: “Azərbaycanda da belə bir qanun qəbul olunsa, daha məqbul olar. Ölkədə cinsi azlıq nümayəndələrinin sayı kəskin artıb, üstəlik, insanlar bu halı normal qəbul etməyə başlayıb. Cinsi azlıqlar öz həyatlarını sosial şəbəkədə açıq şəkildə təbliğ edirlər. Bu düzgün deyil, buna xüsusi nəzarət olunmalıdır. TikTok platforması cinsi azlıqlar üçün hava və su rolunu oynayır. Onlar sosial şəbəkə vasitəsilə öz həyatlarını təbliğ edirlər. Bu gün cəmiyyət Baboşa, cinsini dəyişən Elsevərə daha çox baxır. Kütlə onların həyat tərzinə baxıb görür ki, bu yolu seçənlər maddi çətinlik çəkmir, sıxıntı nədir bilmir. Hormonal problemi olmayan, lakin psixologiyası, iradəsi zəif olan insanlar düşünür ki, o da gey kimi görünsə həyatı dəyişər. Belə də olur. Bu səbəbdən də hesab edirəm ki, cinsi azlıqların sosial mediada təbliği qadağan olunmalıdır. Bununla bağlı xüsusi qanun hazırlansa daha yaxşı olar. Cəmiyyətimizin faydası üçün aidiyyəti qurumlar ayağa qalxmalıdır. Cinsi azlıqlara anlatmalıyıq ki, qardaş, get cinsi həyatını istədiyin kimi yaşa, amma öz xəstə həyat tərzini cəmiyyətə aşılama”.

Ekspert hesab edir ki, genofondun məhv olmaması üçün bu sahəyə xüsusi nəzarət olunmalıdır. Vaxtında qarşısı ciddi şəkildə alınmasa, bunun sonunun necə olacağını təsəvvür etmək çətin deyil. 

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
baki-xeber.com

1Mənbələr