AZ

Pezeşkian Rusiyaya səfəredəcək

İran Prezidenti Məsud Pezeşkian BRİCS-in zirvə toplantısında iştirak etmək üçün Tatarıstanın paytaxtı Kazana səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.

Məlumata görə, səfər çərçivəsində onun Rusiya Prezidenti Vladimir Putinlə görüşü də planlaşdırılıb.

Səfir bildirib ki, səfər və görüşlərlə bağlı hazırlıq işləri görülür. O əlavə edib ki, Məsud Pezeşkianın Vladimir Putinlə yanaşı, başqa ölkələrin liderləri ilə ikitərəfli, Rusiyadakı İran ictimaiyyəti ilə görüşü, sammitdə çıxışı nəzərdə tutulub.

Qeyd edək ki, BRİCS-in zirvə toplantısı 2024-cü ilin oktyabrında Kazanda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
13
redaktor.az

10Mənbələr