AZ

ABŞ-da təyyarə qəzası: 4 nəfər öldü

ABŞ-nin İndiana ştatının Anderson şəhəri yaxınlığında təkmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub.

"Cebheinfo.az" xəbər verir ki, Madison County Şerif Ofisinin kapitanı Darvin Dviggins bildirib ki, şahidlər təyyarənin enişdən əvvəl tərs çevrildiyini və qarğıdalı sahəsinə düşdüyün bildiriblər.

Qəzaya uğrayan təyyarənin alovlandığını vurğulayan Dviggins, təyyarədə olan 4 nəfərin həyatını itirdiyi barədə məlumat paylaşıb.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) təyyarə qəzasının səbəbinin bilinmədiyini açıqlarkən araşdırmaya başlamaq üçün hadisə yerinə müfəttiş göndərildiyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
50
cebheinfo.az

10Mənbələr