AZ

Conatan Ta “Bayer”lə yeni müqavilə bağlamayacaq

“Bayer”in alman mərkəz müdafiəçisi Conatan Ta Leverkuzen klubu ilə 2025-ci il iyun ayının sonunda başa çatacaq müqaviləsini yeniləməyəcək.

Arena.az xəbər verir ki, bunu alman futbolçu özü bəyan edib:

“Mən “Bayer”də qalmayacağam və daha əvvəl qeyd etdiyim karyera səbəblərinə görə müqaviləmi yeniləməyəcəyəm. Müddəti 2025-ci ilə qədər əmək müqaviləm var. O vaxta qədər “Bayer” üçün can qoyacağam”, deyə Ta vurğulayıb.

Conatan Almaniya nəhəngi “Bayern”ə mümkün keçidi ilə bağlı sualı da cavablayıb:

“Bir ildən sonra “Bayern”in oyunçusu olacağammı? Yaxşı sualdır, baxarıq. Hələ bu barədə düşünmürəm, çünki qarşıda “Bayer”lə bir mövsümüm var”, deyə Ta peşəkarlıqla vurğulayıb.

Xatırladaq ki, daha əvvəl mətbuatda, “Bayern”in Taya görə “Bayer”ə təxminən 25 milyon avro məbləğ təklif etdiyi, “əczaçılar”ın isə Almaniya nəhəngindən ən azı 30 milyon avro məbləğ tələb etdiyi haqda məlumat yayılmışdı. Məhz tərəflərin transfer məbləğində razılıq əldə edə bilməməsi səbəbindən Tanın bu yay “Bayern”ə keçidi alınmayıb.

Conatan Ta “Bayer”ə 2015-ci ilin iyul ayında “Hamburq”dan 9,5 milyon avro məbləğ müqabilində keçib.

Tanın “əczaçılar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ta ümumilikdə “Bayer”in heyətində 357 oyuna çıxıb, 14 qol vurub, 12 məhsuldar ötürmə verib.

Conatan Ta 2016-cı ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 29 oyun keçirib.

Conatan Ta “Bayer”lə Almaniya Bundesliqasının, Almaniya Kubokunun və Almaniya Super Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
arena.az

1Mənbələr