AZ

Muniainin yeni klubu bilindi

“Atletik”dən ayırlan İker Muniainin yeni klubu məlum olub.

Futbolpress.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Argentina təmsilçisi “San Lorenso”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspan futbolçu ilə müqavilə ilin sonuna kimi nəzərdə tutulub.

Muniain “Atletik”in yetirməsidir. O, 2009-2024-cü illərdə Baskoniya təmsilçisinin əsas komandasında forma geyinib. İker La Liqada 434 oyunda 56 qol vurub, 48 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
futbolpress.az

1Mənbələr